Mingəçevir şəhəri.1948-ci ildə Kür çayı üzərində Su Elektrik Stansiyaları Silsiləsinin tikintisi ilə əlaqədar qurulmuş şəhər 1954-cü ildə respublika tabeli şəhər statusu almışdır.Azərbaycanın dördüncü şəhəri olan Mingəçevirin ərazisi 139,5 km² ,əhalisi 110 mindən çoxdur.Hazırda ölkədə istehsal olunan elektrik enerjisinin 65% -i Mingəçevirdə AZ.DRES və SES-də istehsal olunur.Respublika əhəmiyyətli ən yaxın aeroport 30 km məsafədə Yevlax şəhərində, beynəlxalq miqyaslı aeroport isə 80 km məsafədə Gəncə şəhərində yerləşir.Mingəçevir ərazisinə daxil olan dəmir yol xətti elektrikləşdirilmişdir.
"RIVER SIDE" oteli Bakı-Tbilisi magistral yolundan 18 km aralı,Mingəçevir şəhərində yerləşir.Şəhər çimərliyinin 1200 metr aralığında, Kür çayının sahilində yerləşən otelin ümumi sahəsi 6608 m²-dir. Otel 2007 -ci ildə inşa edilmirşdir